Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:
-
TKT Modul 1
-
TKT Modul 2
-
TKT Modul 3
-
TKT Module YL (azyaşlı öyrənənlərə dilin tədrisi)
-
TKT Module CLIL (dilin məzmunla inteqrativ tədrisi)
İmtahan 25 fevral 2023-cü il tarixində keçiriləcək. Son qeydiyyat tarixi 11 yanvar 2023-cü ildir.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) və LinguaSkill imtahanlarını təşkil edir.
Qeydiyyat üçün linkə daxil ola bilərsiniz.
Əlavə məlumat və suallarınız üçün international@dim.gov.az poçtuna yaza bilərsiniz.