Görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, TTKF-in İdarə heyətinin sədri Araz Paşayev, DİM-in Direktorlar Şurasının sədr müavini Namiq Babayev, Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn, TTKF-in İdarə heyəti sədrinin müavini Bəhruz Əzimov və Baş mühasibi Tehranağa Abdullayev iştirak ediblər.
DİM və TTKF arasında imzalanan Memorandumun məqsədi “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli Fərmanından irəli gələn məsələlərin icrasına töhfə verməkdir.
Razılaşmaya əsasən tərəflər Azərbaycan Respublikasında əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək, gənclərin bilik və bacarıqlarını artırmaq və əmək bazarında yer tutmalarına dəstək olmaq məqsədilə TTKF və təklif etdiyi imkanlar barədə məlumatlılığın artırılması məqsədilə Memorandumda razılaşdırılan istiqamətlər üzrə əməkdaşlığı daha da genişləndirəcək.
Qeyd edək ki, Anlaşma Memorandumu imzalandığı tarixdən qüvvəyə minib və üç (3) il müddətində qüvvədə olacaq.