16 sentyabr 2022-ci il saat 15:00-da DİM beynəlxalq əməkdaşı “Cambridge University Press & Assessment” ilə birlikdə “What you need to know about Cambridge English Qualifications” adlı vebinar keçirəcək. Vebinarın keçirilməsində məqsəd Kembric İngilis dili üzrə Kvalifikasiyaların ölkədə tanınmasına töhfə verməkdir.
“Cambridge University Press & Assessment” ingilis dilini öyrənənlər və müəllimlər üçün dünyanın qabaqcıl kvalifikasiyalarını və imtahanlarını təqdim edir. Hər bir imtahan öyrənənlərin danışıq, yazı, oxu və dinləmə bacarıqlarını CEFR (Common Eeuropean Framework of References for Languages) səviyyələrinə uyğun şəkildə ölçür.
Vebinarın spikeri “Cambridge University Press & Assessment”in Ukrayna və Qafqaz üzrə biznesin inkişafı üzrə baş meneceri Darina Sizuk Kembric İngilis dili üzrə Kvalifikasiyalar barədə ətraflı məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaq.
Bununla yanaşı, vebinarda "Kembric ingilis dili imtahanları" ilə bağlı aşağıdakı mövzulara toxunulacaq:
1. Beynəlxalq tanınma;
2. Səviyyə imtahanları (A1, A2, B1, B2);
3. Əlçatan hazırlıq imkanları;
4. Nailiyyət yönümlü nəticələr;
5. Müddətsiz sertifikat.
Vebinar “Zoom” platforması vasitəsilə ingilis dilində keçiriləcək. Vebinarda iştirak etmək istəyən şəxslər keçiddən istifadə edərək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat linki 14 sentyabr tarixinədək aktiv olacaq. Qeydiyyatdan keçmiş iştirakçılara vebinarın "Zoom" linki sentyabrın 15-də elektron poçt vasitəsilə göndəriləcək. İştirakçılar qeyd olunan gün və saatda link vasitəsilə vebinara qoşula bilərlər.
Xatırladaq ki, DİM “Cambridge University Press & Assessment” qurumunun rəsmi test mərkəzlərindən biri kimi “Cambridge English Qualifications”, “Cambridge English Teaching” və “LinguaSkill”, həmçinin müraciət əsasında “Cambridge English Placement Test” imtahanlarını təklif edir.
Qeydiyyat linki:
https://forms.gle/Tbz7VpgnPDPvQgFZ8