Dövlət İmtahan Mərkəzində 24 dekabr 2024-cü il tarixində LANDAU School-un baş akademik direktoru Emil Leznik və icraçı direktoru Rəşad Tağıyev ilə görüş keçirilib.
Görüşdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, sədrin müavini Namiq Babayev, şöbə müdiri Afiqə Batıyeva və “Abituriyent” jurnalının baş redaktoru Məhərrəm Bədəlov iştirak ediblər.
Görüş zamanı hər iki qurum arasında uzun illərdir birgə əməkdaşlıq sayəsində həyata keçirilən layihələrin nəticələri haqqında məlumat verilib. Həmçinin yeni layihələrlə bağlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri barədə təkliflər irəli sürülüb.