Gündəlik məsələlər fizika fənnindən 21 iyul 2022-сi il tarixində keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının, rus dili (tədris dili) fənnindən qəbul imtahanında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan xidməti kitabçanın, rus dili (xarici dil) fənnindən isə 6 mart 2022-ci il tarixində tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub.
Fizika və rus dili (xarici dil) fənləri üzrə imtahanlarda istifadə edilmiş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.
Müzakirə nəticəsində fizika fənnindən abituriyentlərin imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək. Həmçinin müzakirələrdə bildirilmiş redaktə xarakterli düzəlişlər test banklarının təkmilləşdirilməsində nəzərə alınacaq.
8 fevral 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.