Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 1 iyun 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil edilən “Açıq qapı” gününə DİM-in əməkdaşlarının 9-16 yaş aralığında olan övladları dəvət edilib.
Tədbir zamanı iştirakçılar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. Həmçinin onlara milli qiymətləndirmə sisteminin yaradılması və keçdiyi inkişaf yolu barəsində məlumat verilib.
İştirakçılara DİM tərəfindən keçirilən yerli və beynəlxalq imtahanlar, sınaq imtahanları platforması olan otk.az və e-psixoloq.az səhifəsinin imkanları haqqında təqdimatlar nümayiş etdirilib. Onlar, həmçinin DİM-də görülən digər işlər və xidmətlərlə də yaxından tanış olublar. DİM-in psixoloq əməkdaşları uşaqlarla tək-tək görüşüb, onlarla maarifləndirici söhbət aparıblar.
Qeyd edək ki, tədbirdə 49 uşaq iştirak edib.