Fizika fənni üzrə gündəlik məsələ qəbul imtahanlarında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan xidməti kitabçanın müzakirəsi olub. Müzakirə zamanı dərsliklərin Azərbaycan və rus dillərində olan variantları müqayisə edilib, faktların dəqiqliyi yoxlanılıb.
Rus dili (tədris dili) fənnindən gündəlik məsələ 16 aprel 2022-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub.
Tapşırıqların hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi və mövzulara uyğunluq baxımından təhlili edilib.
Rus dili (tədris dili) fənni üzrə tapşırıqların müzakirəsi başa çatıb. İşçi qrupunun rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış buraxılış imtahanı proqramına tam uyğundur. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur. Tapşırıqlarla şagirdlərin bilik və bacarıqlarını obyektiv yoxlamaq və qiymətləndirmək mümkün olub.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Müzakirələr 15 mart 2023-cü il tarixində davam etdiriləcək.