Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları həm əyani, həm də onlayn formatda keçirilib.
Moderator Viktoriya Ələkbərova cavabı yazı ilə ifadə olunan tapşırıqlar və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatla çıxış edib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursu növbəti həftə davam etdiriləcəkdir.