Azərbaycan dili fənni üzrə gündəlik məsələ 12 fevral 2023-сü il tarixində keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub. Tapşırıqlar çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından müzakirə edilib.
Müzakirələr nəticəsində tapşırıqların qəbul proqramına, müvafiq fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu öz təsdiqini tapıb. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.
İngilis dili fənni üzrə gündəlik məsələ isə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 4-cü sinif üçün Happy Campers dərsliyi (trims.edu.az saytında ictimai müzakirədə olan variant) əsasında hazırlanmış qiymətləndirmə kitabçasının təkmilləşdirilməsi olub. Dərslikdə verilən 8 bölmədən hər biri mövzu baxımından təhlil edilib. Dərslikdəki dəyişikliklər kitabçada nəzərə alınıb.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə ilə bağlı fikir bildirilib və təkliflər verilib.
27 mart 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.