Fizika fənni üzrə gündəlik məsələ 12 fevral 2023-сü il tarixində keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.
Tapşırıqlar çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından müzakirə edilib.
Müzakirələr nəticəsində tapşırıqların qəbul proqramına, müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğu öz təsdiqini tapıb.Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.
Rus dili (tədris dili) fənnindən gündəlik məsələ 5 mart 2022-ci il tarixində tam orta (11 illik) təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub.
Tapşırıqlar çətinlik dərəcəsi və mövzulara uyğunluq baxımından təhlili edilib.
Rus dili (tədris dili) fənni üzrə tapşırıqların müzakirəsi başa çatıb. İşçi qrupunun rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış buraxılış imtahanı proqramına tam uyğundur. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur. Tapşırıqlarla şagirdlərin bilik və bacarıqlarını obyektiv yoxlamaq və qiymətləndirmək mümkün olub.
Rus dili (xarici dil) fənnindən isə gündəlik məsələ “Buraxılış imtahanı modelinə uyğun qiymətləndirmə kitabçası”nın müzakirəsi olub.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Müzakirələr 29 mart 2023-cü il tarixində davam etdiriləcək.