Hər iki fənn üzrə gündəlik məsələ 12 fevral 2023-сü il tarixində sınaq imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.
Hər iki fənn üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.
İşçi qruplarının rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumlarının təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına uyğundur. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Növbəti həftə müzakirələr davam etdiriləcək.