Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Öncə proqramların hazırlanması və təkmilləşdirilməsi ilə bağlı yaradılmış işçi qrupu tərəfindən f.ü.f.d Ə.Rəcəbli Hərbi liseylərə qəbul proqramını seminar iştirakçılarının müzakirəsinə təqdim edib. Proqramın hər bir bəndi 6-9-cu sinif dərslikləri ilə tutuşdurulub. Müzakirələr nəticəsində təkliflər nəzərə alınmaqla proqram təsdiq edilib. Proqram “Abituriyent” jurnalının 1-ci sayında dərc olunacaq.
Sonra ali təhsil müəssisələrinə qəbul proqramının müzakirəsi aparılıb.
Növbəti seminarda müzakirələr davam etdiriləcək.
Növbəti seminar 23 oktyabr 2019-cu il tarixdə, saat 10:30-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) keçiriləcək.