Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. Proqramın hazırlanması və təkmilləşdirilməsi ilə bağlı yaradılmış işçi qrupu tərəfindən seminarın rəhbəri b.e.n T.Məmmədxanlı qəbul proqramını seminar iştirakçılarının müzakirəsinə təqdim edib. Proqramın hər bir bəndi 6-11-ci sinif dərslikləri ilə tutuşdurulub.
Seminar iştirakçıları proqramla bağlı fikirlər bildirib və təkliflər veriblər.
Növbəti seminarda müzakirə davam etdiriləcək.
Növbəti seminar 24 oktyabr 2019-cu il tarixdə, saat 10:00-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) keçiriləcək.