Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Proqramın hazırlanması və təkmilləşdirilməsi ilə bağlı yaradılmış işçi qrupu tərəfindən seminarın rəhbəri c.e.d., professor F. İmanov qəbul proqramını seminar iştirakçılarının müzakirəsinə təqdim edib. Proqramın hər bir bəndi 6-11-ci sinif dərslikləri ilə yoxlanılıb.
Seminar iştirakçıları proqramla bağlı fikirlər bildirib və təkliflər veriblər.
Müzakirələr nəticəsində təkliflər nəzərə alınmaqla proqram təsdiq edilib. Ali təhsil müəssisələrinə qəbul proqramı “Abituriyent” jurnalının 1-ci sayında dərc olunacaq.
Növbəti seminarda 19 may 2019-cu il tarixində keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə olunmuş tapşırıqların statistik göstəricilər əsasında elmi-metodiki baxımdan təhlili aparılacaq.
Növbəti seminar 25 oktyabr 2019-cu il tarixdə, saat 10:00-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) keçiriləcək.