İclaslarda gündəlik məsələ 16 aprel 2022-ci il tarixində ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub.
Tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.
Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və imtahan proqramlarına uyğunluğu bir daha təsdiq edilib.Test tapşırıqları imtahanların statistik nəticələrinə görə bilik və bacarıqları obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
Növbəti həftə müzakirələr davam etdiriləcək.