Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər həm Bakı şəhəri, həm də regional bölmələr (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Göyçay, Bərdə, Şəmkir, Xaçmaz) üzrə məşğələdə onlayn formatda iştirak ediblər.
Moderator Nərminə Əliyeva kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçirib. Müzakirə zamanı iştirakçılara ev tapşırıqları ilə bağlı təkliflər verilib, fikirlər söylənilib və iştirakçıların sualları cavablandırılıb.
Hazırlıq kursu növbəti həftə davam etdiriləcəkdir.