Gündəlik məsələ 12 fevral 2023-сü il tarixində I ixisas qrupu üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.
Sınaq imtahanında istifadə edilmiş tapşırıqların çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.
İşçi qrupunun rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına uyğundur. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.
İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
İşçi qrupunun növbəti iclası 28 fevral 2023-cü ildə keçiriləcək.