Gündəlik məsələ fizika fənnindən 21 iyul 2022-сi il tarixində, ədəbiyyat (rus bölməsi) fənnindən isə 6 iyul 2022-сi il tarixində keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının müzakirəsi olub.
Hər iki fənn üzrə iclaslarda qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.
İclaslarda tapşırıqların müzakirəsi başa çatıb. İşçi qruplarının rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumlarının təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramlarına uyğundur. Tapşırıqlarda elmi-metodiki səhvlər yoxdur. Tapşırıqlar abituriyentlərin bilik və bacarıqlarının obyektiv yoxlanılması və qiymətləndirilməsinə imkan verir.
Müzakirlər nəticəsində abituriyentlərin imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək. Həmçinin müzakirələrdə bildirilmiş redaktə xarakterli düzəlişlər test banklarının təkmilləşdirilməsində nəzərə alınacaq.
1 mart 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.