Həftə ərzində 9 xarici vətəndaş “Pearson Test of English Academic” (PTE-Academic/PTE-A) imtahanını veriblər. Akademik ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsini nəzərdə tutan "PTE Academic" imtahanının nəticələri avtomatlaşdırılmış texnologiyadan (AI) istifadə edilməklə hesablanır və 1-2 iş günü ərzində onlayn şəkildə elan edilir.
Qeyd edək ki, ADA Universitetində təhsil almaq üçün ingilis dilinin müvafiq səviyyəsini təsdiq edən IELTS və TOEFL nəticələri ilə yanaşı, həmçinin, PTE-Academic sertifikatı (minimal bal – 50) da qəbul olunur.
2017-ci ildən etibarən “Pearson VUE” təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olan Dövlət İmtahan Mərkəzində verə biləcəyiniz ingilis dili və müxtəlif ixtisas sahələri üzrə imtahanların saatları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İmtahanın adı |
Gün* |
Saat |
“Pearson Test of English Academic” |
Hər həftənin çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri |
Səhər növbəsi: 10:00–13:00 Günorta növbəsi: 15:00-18:00 |
IT, maliyyə, mühasibat, menecment, tibb və s. sahələr üzrə 100-ə yaxın imtahan |
Hər həftənin bazar ertəsi |
Günorta növbəsi: 12:00–18:00 |
* qeyri-iş günləri imtahanlar keçirilmir.
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.