Coğrafiya fənni üzrə gündəlik məsələ ümümtəhsil müəssisələrində qüvvədə olan 6-11-ci sinif dərsliklərinin məzmun baxımından müzakirəsi olub.
Müzakirə zamanı dərsliklərin Azərbaycan və rus dillərində olan variantları müqayisə edilib, tərcümənin üst-üstə düşməsi, faktların dəqiqliyi yoxlanılıb. Nəticədə xidməti istifadə üçün tövsiyə hazırlanıb. Həmin tövsiyə qəbul imtahanı üçün sual kitabçalarının formalaşdırılmasında və test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.
Riyaziyyat fənni üzrə isə gündəlik məsələ 12 fevral 2023-сü il tarixində keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.
Tapşırıqlar çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından müzakirə edilib.
Müzakirələr nəticəsində tapşırıqların qəbul proqramına, müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğu öz təsdiqini tapıb.Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Növbəti həftə müzakirələr davam etdiriləcək.