Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kurslarında moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, ingilis dili fənni üzrə Nərminə Əliyeva, informatika fənni üzrə Fikrət İbiyev, rus dili fənni üzrə Viktoriya Ələkbərova ölkənin təhsil sistemində tətbiq olunan qiymətləndirmə formaları (Beynəlxalq və Milli qiymətləndirmə) və imtahanlarda istifadə edilən tapşırıqların tipləri haqqında təqdimatla çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursları növbəti həftə davam etdiriləcəkdir.