Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
İngilis dili fənni üzrə hazırlıq kursunda moderator Nərminə Əliyeva fənn kurikulumunun mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimat edib.
Digər hazırlıq kurslarında moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, informatika fənni üzrə Fikrət İbiyev, rus dili fənni üzrə Viktoriya Ələkbərova, riyaziyyat fənni üzrə Aqşin Abdullayev ölkənin təhsil sistemində tətbiq olunan qiymətləndirmə formaları (Beynəlxalq və Milli qiymətləndirmə) və imtahanlarda istifadə edilən tapşırıqların tipləri haqqında təqdimatla çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursları növbəti həftə davam etdiriləcəkdir.