İngilis dili fənni üzrə gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 4-cü sinif dərsliyi əsasında hazırlanmış qiymətləndirmə kitabçasının təkmilləşdirilməsi olub. Kitabçanın trims.edu.az saytında ictimai müzakirədə olan Happy Campers dərsliyi ilə müqayisəli təhlili aparılıb. Dərslikdə verilən 8 bölmədən hər biri mövzu baxımından təhlil edilib. Dərslikdəki dəyişikliklər kitabçada nəzərə alınıb.
Azərbaycan dili fənni üzrə gündəlik məsələ isə 21 may 2022-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə olunan tapşırıqların müzakirəsi olub. Tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
Növbəti həftə müzakirələr davam etdiriləcək.