5 yanvar tarixində Azərbaycan dili fənni üzrə seminarda 6 iyul 2025-ci il tarixində III ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, informatika fənni üzrə seminarda 13 iyul 2025-ci il tarixində I ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, 6 yanvar tarixində kimya fənni üzrə seminarda 1 iyun 2025-ci il tarixində IV ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, 7 yanvar tarixində fizika fənni üzrə seminarda 13 iyul 2025-ci il tarixində I və IV ixtisas qrupları üçün keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının, rus dili (tədris dili) fənni üzrə seminarda isə 25 may 2025-ci il tarixində III ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, 8 yanvar tarixində biologiya fənni üzrə seminarda 13 iyul 2025-ci il tarixində IV ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, tarix fənni üzrə seminarda isə 25 may 2025-ci il tarixində III ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, 9 yanvar tarixində coğrafiya fənni üzrə seminarda 1 iyun 2025-ci il tarixində III (TC altqrupu) ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, riyaziyyat fənni üzrə seminarda isə 25 may 2025-ci il tarixində II ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyası baxımından müzakirə edilib.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.
Seminarlara DİM-in regional bölmələrindən onlayn rejimdə qoşulmuş müəllimlər: Azərbaycan dili fənni üzrə Şəki rayonu Kiş kənd tam orta məktəbinin müəllimi Davudov Bəhruz, fizika fənni üzrə Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbin müəllimi Həmidov İbrahim, biologiya fənni üzrə Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin müəllimi Vəliyeva Esmira, coğrafiya fənni üzrə Bərdə rayonu Bəcirəvan kənd tam orta məktəbinin müəllimi Əmiraslanov Ramin müzakirələrdə fəal iştirak edib və müzakirə edilən məsələlər barədə öz fikirlərini bildiriblər.
Müzakirələr nəticəsində bildirilmiş qeyd və təkliflər müvafiq fənn üzrə test bankının təkmilləşdirilməsində nəzərə alınacaqdır.
Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.