Biologiya fənnindən gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının izahlarına dair hazırlanmış metodik tövsiyənin müzakirəsi olub.
Tarix fənnindən isə gündəlik məsələ 6 iyul 2022-сi il tarixində III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.
İmtahan nəticələrinin statistik göstəriciləri əsasında 20 tapşırıq çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.
Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına uyğunluğu bir daha təsdiq edilib. Test tapşırıqları abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
Növbəti həftə müzakirələr davam etdiriləcək.