Gündəlik məsələ qəbul imtahanları üçün sual kitabçalarının formalaşdırılmasında və test bankının təkmilləşdirilməsində nəzərə alınacaq xidməti istifadə üçün tövsiyənin müzakirəsi olub.
İştirakçılar müzakirə edilən məsələ ilə bağlı fikirlər bildirib və təkliflər veriblər.
Növbəti həftə müzakirə davam etdiriləcək.
Kimya fənni üzrə işçi qrupu xalqımızı Yel çərşənbəsi, həmçinin xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir. Hər kəsə cansağlığı və işlərində uğurlar arzu edir.