Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları həm əyani, həm də onlayn formatda təşkil edilib.
Hazırlıq kurslarında moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, informatika fənni üzrə Fikrət İbiyev, ingilis dili fənni üzrə Nərminə Əliyeva, riyaziyyat fənni üzrə Aqşin Abdullayev kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçiriblər.
Tapşırıqlar ətrafında müzakirələr aparılıb və kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursları növbəti həftə davam etdiriləcəkdir.