Coğrafiya fənnindən gündəlik məsələ 22 may 2022-ci il tarixində ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş tapşırıqların, riyaziyyat fənnindən isə gündəlik məsələ 16 aprel 2022-ci il tarixində ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub.
Hər iki fənn üzrə iclaslarda 10 test tapşırığının müzakirəsi aparılıb. Tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.
Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və imtahan proqramlarına uyğunluğu bir daha təsdiq edilib.
Test tapşırıqları imtahanların statistik nəticələrinə görə bilik və bacarıqları obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. İmtahanlarda zəif cavablandırılan tapşırıqlar müəyyənləşdirilib. Coğrafiya fənnindən həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaqdır.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
Növbəti həftə müzakirələr davam etdiriləcək.