Məşğələ ölkənin təhsil sistemində aparılan islahatlar, fənn kurikulumunun mahiyyəti, strukturu, qəbul imtahanında mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlara aid olub.
Mövzu ilə bağlı fənn üzrə moderator S.Hacılı təqdimatla çıxış edib.
Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Təqdimatdan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Növbəti məşğələ 23 oktyabr 2019-cu il tarixdə, saat 09.00-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.