20 fevral 2023-cü il tarixində Bakı şəhərindən olan iştirakçılar üçün DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanda yerləşən binasında, bölgələrdən olanlar üçün isə DİM-in Gəncə və Şirvan Regional Bölmələrində informatika fənni üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair birinci hazırlıq kursunun müdavimləri üçün proqramlaşdırma ilə bağlı imtahan keçirilib.
İmtahan nəticələrinə əsasən müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək.