Azərbaycan dili, ingilis dili və rus dili fənləri üzrə hazırlıq kurslarında 2-ci məşğələ “Mətnlərin seçilməsinə verilən tələblər” haqqında olub.
Kimya fənni üzrə 2-ci, fizika, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə 3-cü məşğələnin mövzusu isə müvafiq fənn üzrə tapşırıqların hazırlanması və onların formaları haqqında olub.
Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Növbəti həftə məşğələlər davam etdiriləcək.