Məşğələlərin mövzusu təhsil proqramı (kurikulum) əsasında tərtib edilmiş tapşırıqların qiymətləndirmə meyarları haqqında olub.
Məşğələlərdə moderatorlar təqdimatlarla çıxış ediblər. Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Növbəti həftə məşğələlər davam etdiriləcək.