15 avqust 2022-ci il tarixindən etibarən Pearson VUE (Virtual University Enterprises) imtahanları Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında keçirilməyə başlanılıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) Pearson VUE təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən PTE Academic (akademik ingilis dili testi), həmçinin müxtəlif ixtisas sahələrinə aid (İT, maliyyə, mühasibat, menecment, audit, layihələrin idarə edilməsi və s.) 140-dan çox imtahanı keçirmək hüququ var.
DİM-də keçirilən Pearson VUE imtahanlarının arasında PMI, Microsoft, Oracle, CompTIA, IIA, Cisco və bir sıra digər təşkilatların imtahanları var.
DİM-də keçirilən imtahanların vaxtı:
İmtahan |
Vaxt |
PTE Academic (akademik ingilis dili testi) |
hər həftənin III və V günləri |
İxtisaslaşma imtahanları |
hər həftənin I günləri |
Həmçinin qeyd edək ki, DİM-də 15 avqust tarixində Pearson VUE tərəfindən təqdim olunan və Daxili Auditorlar İnstitutuna (Institute of Internal Auditors) aid olan CIA Exam Part One: Essentials of Internal Auditing beynəlxalq imtahanı təşkil olunub. İmtahanda 2 nəfər iştirak edib.