Dövlət İmtahan Mərkəzində 13-17 iyul 2020-ci il tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan informasiya texnologiyaları (İT) və layihələrin idarə edilməsi sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:
- Cisco Systems, Inc. şirkətinin “Implementing and Operating Cisco Enterprise Network Core Technologies” sertifikat imtahanı;
- Fortinet korporasiyasının “Fortinet NSE 4 - FortiOS 6.2” sertifikat imtahanı;
- PMI - Project Management Institute təşkilatının “Project Management Professional (PMP)®” sertifikat imtahanı.
Keçirilən imtahanlarda ümumilikdə 3 nəfər iştirak edib və keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün qaydalara və prosedurlara riayət olunub.
Dövlət İmtahan Mərkəzində verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin, ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İmtahanın adı |
Gün |
Saat |
“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan |
Hər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri |
Səhər növbəsi: 08:30–13:30 Günorta növbəsi: 14:00-18:00 |
“Pearson Test of English Academic” (PTE Academic) |
Hər həftənin cümə axşamı günləri |
Səhər növbəsi: 10:00–13:00 Günorta növbəsi: 15:00-18:00 |
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.