Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş dərsdə Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov, Bakı şəhəri 6 nömrəli intellekt liseyin müəllimi Elmin İmanov və Avropa Azərbaycan Məktəbinin sosial fənlər kafedrasının müdiri Hafiz Cabbarov ümummilli liderin hakimiyyətinin müxtəlif dövrlərinə aid məruzələr ediblər.
Məruzələr ətrafında Bakı şəhəri 248 nömrəli tam orta məktəbin müəllimi Nərgiz Məmmədova, AMEA-nın böyük elmi işçisi Faiq Babayev, AMEA Tarix İnstitutunun doktorantı Emin Məlikov çıxış edərək fikirlərini bildirdilər.