18 iyun 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində ТРКИ (Тест по русскому языку как иностранному) imtahanı təşkil edilib.
Dördüncü sertifikat səviyyəsini (ТРКИ-IV / C2) seçmiş namizəd üçün imtahan kompüter əsaslı formada keçirilib. İmtahan nəticələri 7 iş günündən sonra elektron poçt vasitəsilə namizədə göndəriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.
İmtahan haqqında daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.