13 sentyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində ТРКИ (Тест по русскому языку как иностранному) imtahanı təşkil edilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə keçirilib. İmtahan nəticələri namizədə 15 iş günündən sonra elektron poçt vasitəsilə göndəriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.
İmtahan haqqında daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.