Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi Azərbaycanda Türkçə Yetərlilik İmtahanının (TYS) birgə keçirilməsi məqsədilə Yunus Əmrə İnstitutu (YƏİ) ilə əməkdaşlıq edir.
TYS türk dilini xarici dil kimi öyrənən şəxslərin dil biliklərini ölçmək üçün xarici dillər üzrə Ümumavropa tövsiyə çərçivə sənədi əsasında YƏİ tərəfindən hazırlanmış dil imtahanıdır. TYS imtahanı 40 oxuyub-anlama, 30 dinləmə, 2 yazı,1 müstəqil və 7 qarşılıqlı danışma tapşırığı olmaqla, ümumilikdə 80 tapşırıqdan ibarətdir.
Qeyd edək ki, YƏİ-nin Bakı nümayəndəliyi tərəfindən DİM-in dəstəyi ilə təşkil ediləcək TYS imtahanı üçün qeydiyyat martın 29-u başlayıb və aprelin 30-u başa çatır.
Qeydiyyatdan keçmək istəyən namizədlər aşağıdakı keçiddən istifadə edə bilərlər: