• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M. Abbaszadənin “Abituriyent” jurnalının 6-cı nömrəsində yer alan “Ön söz”ünü təqdim edirik

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      Bu nömrədə, həmçinin ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap olunub

      05.09.2021 04:32

      Əziz oxucular!

      “Abituriyent” jurnalının 2021-ci ildə nəşr olunan birinci nömrəsində 30 ilə yaxın idi ki, işğala məruz qalan tarixi torpaqlarımızı düşmən tapdağından azad edən Azərbaycan xalqını bu möhtəşəm hadisə münasibətilə təbrik etmişdim. Onda biz bu tarixi nailiyyətin qazanılmasında güclü, ən yeni texno­logiyalarla təchiz edilmiş intellektual ordumuzun, yüksəkixtisaslı kadr potensialının, xüsusən də milli təhsil sistemimizin yetirmələri olan soydaşlarımızın misilsiz xidmətlərindən danışmışdıq. Onu da qeyd etmişdik ki, Qarabağın azad olunması uğrunda aparılmış möhtəşəm əks-hücum əməliyyatı, Azər­baycan xalqının şücaət və qəhrəmanlığı, sarsılmaz birliyi, ölkəmizin Ali Baş Komandanının uğurlu diplomatiyası, qüsursuz strategiyası sayəsində müm­kün olmuşdur. Bütün dünya şahid oldu ki, Azərbaycanda son 20 il ərzində insan kapitalının inkişafı istiqamətində görülən məqsədyönlü işlər Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəni qalibiyyətə aparan strategiyasının uğuruna çevrildi.

      Bu gün siz müxtəlif ixtisaslar üzrə tələbə olacaqsınız: həkimlər, mühəndislər, memarlar, dizaynerlər, iqtisadçılar, aqronomlar və s. Siz yeni Qarabağın gələcək qurucularısınız! Çiçəklənən, müstəqil, ərazi bütövlüyünü bərpa etmiş Azər­baycanın gələcək ümidi sizlərədir. Məhz sizlər əməksevərlik, məqsədyönlük və məsuliyyət nümayiş etdirməli, biliklərə yiyələnməklə kifayətlənməməli, ən əsası – dövlətimizin rifahı naminə düşünməyi, yaratmağı öyrənməlisiniz! Biz əminik ki, yüksək­ixtisaslı mütəxəssis olmaq üçün bütün gücünüzü, qabiliyyət və bacarığınızı sərf edəcək, Azərbaycanın sürətlə inkişaf edən ən yeni texnologiyaların tələb­lərinə uyğun tərəqqisinə öz töhfənizi verəcəksiniz.

      Sizin hamınızı belə mürəkkəb ildə ali təhsil müəssisələrinə qəbul olaraq layiqli qələbə əldə etməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu elə ildir ki, koronavirus pandemiyası ölkədə təhsilin bütün pillələrində nizamı hələ də pozmaqdadır. Sizə məhz belə bir vaxtda qəbul imtahanlarına hazırlaşmaq və imtahan vermək qismət oldu. Göstərdiyiniz nəticələr bir daha sübut edir ki, çətinliklər qarşısında təslim olmayanda, bü­tün imkanları, bilik və bacarıqları səfərbər etdikdə, iradəli olduqda və inadla çalışdıqda ən yüksək nəticələr əldə etmək olar.

      Ali təhsil illəri həyatınızın ən parlaq və yadda qalan dövrlərindən biri olacaq, bu, yeni imkanlar, perspektivlər, maraqlar və tanışlıqlar deməkdir. Yadda saxlayın ki, müasir dünyada uğuru şərtləndirən əsas cəhətlərdən biri daim inkişaf etmək və təkmilləşməkdir. Öz qabiliyyətlərinizi maksimum inkişaf etdirin, yenilikləri dərk edin, çətinliklərdən qorxmayın, qarşınıza çətin əldə edilən məqsədlər qoyun və onlara nail olmağa çalışın.

      Dostlar, biz inanırıq ki, sizlərin – gələcəyin bacarıqlı mühəndislərinin, proqramçılarının, alimlərinin, inşa­atçı­larının hesabına Azərbaycan iqtisadiyyatın bütün sahələrinin, mədəniyyətin, təhsilin, müdafiə qabiliy­yətinin, incəsənətin və idmanın inkişafında mühüm addımlar atacaq.

      Əziz tələbələr, bir daha sizləri, valideyn və müəllimlərinizi, bir sözlə, sizin nailiyyətləriniz üçün böyük zəhmət çəkənləri təbrik edir, onlara öz minnətdarlığımızı bildiririk. Arzu edirik ki, bütün xeyirxah işlərinizdə uğur sizi müşayiət etsin. Yeni zirvələri fəth etmək üçün enerjiniz bol, arzularınız tükənməz, yolunuz açıq olsun!

      Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram