Artıq magistratura səviyyəsinə qəbul imtahanında iştirak edəcək bakalavrlar dim.gov.az saytı ilə yanaşı, my.gov.az portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də Dövlət İmtahan Mərkəzinin “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən istifadə edərək “İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
my.gov.az portalında müvafiq xidmətə keçid linki ilə burada tanış ola bilərsiniz.
Xatırladaq ki, “mygov” Azərbaycanın rəqəmsal hökumət platformasıdır. Hökumətlə vətəndaş arasında körpü yaradan bu platforma bütün vacib sənədlərə və dövlət xidmətlərinə çıxış imkanı yaradır.
Hazırda Dövlət İmtahan Mərkəzinin iyirmidən çox elektron xidməti portala inteqrasiya olunub.