29 may 2026-cı il tarixində DİM, Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu və Gəncə Regional Kollecinin birgə təşkilatçılığı ilə Kembric ingilis dili kvalifikasiyaları ilə bağlı ingilis dilində məlumat sessiyası keçirilib.
Tədbir zamanı iştirakçılara DİM-in beynəlxalq imtahanlar istiqamətində fəaliyyəti, bu istiqamətdə əməkdaşlıq etdiyi qurumlar və sözügedən imtahanların gedişatı haqqında ətraflı məlumat verilib.
Sessiyanın əsas hissəsi Kembric ingilis dili kvalifikasiyalarına həsr olunub. Belə ki, Kembric imtahanlarının beynəlxalq səviyyədə tanınması, müxtəlif səviyyə imtahanları, sertifikatın müddətsiz olması, əlçatan hazırlıq imkanları kimi üstünlükləri barədə danışılıb. Eyni zamanda DİM-in nəzdində Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi Hazırlıq Mərkəzi kimi fəaliyyət göstərən ELC Pro Teacher Training Center şirkəti tərəfindən “Tədris üçün beynəlxalq passport” adlı təlim də keçirilib. Sessiyada ümümi 119 nəfər iştirak edib.
Yekunda isə iştirakçıların sualları cavablandırılıb.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri kimi Kembric İngilis dili Kvalifikasiyaları ilə yanaşı Kembric İngilis dili üzrə Tədris kvalifikasiyası olan TKT imtahanını da təklif edir. DİM tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı isə bu keçid https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/pearson-vue vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.