2022-ci il dekabrın 12-də Dövlət İmtahan Mərkəzində ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Dövlət İmtahan Mərkəzinin əməkdaşları Heydər Əliyevin DİM-in inzibati binasında yerləşən büstünün önünə gül dəstələri qoyublar və ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, DİM-in rəhbərliyi və kollektivi bu gün, həmçinin Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.