• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda konfrans keçirilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      Konfransın keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri, Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir

      03.12.2018 22:47

      Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən noyabr ayı ərzində Gəncə, Şəki, Lənkəran, Naxçıvan şəhərlərində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda konfranslar keçirilib.

      Konfransların keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri,  Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.

      Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti konfrans 17 noyabr 2018-ci il tarixində Bakı şəhərində keçirilib.

      Konfransda ali təhsil müəssisələrinin rektorları, müxtəlif dövlət qurumları, təşkilat və səfirliklərin nümayəndələri, təhsil ekspertləri, DİM-in imtahanlarında iştirak edən nəzarətçi-müəllimlər, imtahan rəhbərləri, ictimai şura üzvləri, qeyri-hökumət təşkilatları nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

      Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət İmtahan Mərkəzinin  fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda açılış nitqi ilə çıxış edib. M. Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzi fəaliyyəti ərzində həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib. Həyata keçirilən tədbirlərin yüksək ictimai əhəmiyyəti nəzərə alınaraq, DİM-in fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunub.

      Sədr bildirib ki, “müxtəlif kütləvilik dərəcəsinə malik və müxtəlif sahələri əhatə edən, məzmun və metodika baxımından rəngarəng imtahanların hazırlanması və idarə olunması müvafiq maddi-texniki baza ilə yanaşı, ciddi insan resurslarının cəlb olunmasını da tələb edir. DİM-in mərkəzi aparatı və regional bölmələri də daxil olmaqla ümumilikdə şəxsi heyyəti 210 nəfərdən ibarətdir. Təbii ki, qeyd olunan həcmdə tədbirlərin həyata keçirilməsi üçün bundan daha çox sayda əməkdaşa ehtiyac vardır. 2018-ci il ərzində DİM-in həyata keçirdiyi imthanalarda ümumilikdə 641 517 nəfər iştirak edib. İmtahanların təşkili və idarə olunmasına 48 mindən çox əməkdaş, məzmunun formalaşdırılması üçün isə 2 mindən çox mütəxəssis cəlb edilib. Bu əməkdaşlar və mütəxəssislər hüquq mühafizə, icra hakimiyyəti və digər dövlət orqanlarını, elm və təhsil müəssisələrini təmsil edir və DİM-in əməkdaşları ilə çiyin-çiyinə imtahanların həyata keçirilməsinə öz töhfələrini verirlər”.

      Daha sonra konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən aşağıdakı mövzularda təqdimatlar edilib:

      • İmtahanların təşkili və idarə olunmasında ictimai iştirakçılıq;
      • Dövlət İmtahan Mərkəzinin elektron xidmətləri: əlçatarlıq, çeviklik və şəffaflıq;
      • Azərbaycan Respublikasında ümumi təhsil (9-cu sinif) səviyyəsi üzrə buraxılış imtahanlarında yazı işlərinin qiymətləndirilməsi texnologiyası: Şəffaflıq, obyektivlik və ictimaiyyətin rolu;
      • Ali təhsilin müxtəlif səviyyələrinə qəbul imtahanlarının məzmununun hazırlanması və bu işdə ictimaiyyətin iştirakı;
      • Dövlət İmtahan Mərkəzinin məlumat bazalarının formalaşmasında ictimai iştirak;
      • Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının məzmunu ilə bağlı materialların, imtahanlara hazırlaşanlar üçün müxtəlif yönümlü vəsaitlərin hazırlanmasında ictimaiyyətin rolu;
      • Dövlət qulluğu sahəsində Dövlət İmtahan Mərkəzinin fəaliyyəti.

      Çıxışlarda Mərkəz tərəfindən həyata keçirilən imtahanlar, imtahanların təşkili və idarəedilməsi məqsədi ilə aparılan hazırlıq işləri və fəaliyyət istiqamətləri, 2018-ci ildə keçirilən imtahanlara dair ümumi statistik məlumatlar, Mərkəzin təqdim etdiyi elektron xidmətlər, buraxılış imtahanlarında yazı işlərinin yoxlanılma texnologiyasının üstünlükləri, imtahanlarda istifadə olunan materialların hazırlanma prosesi, imtahana hazırlaşanlar üçün nəşr olunan elmi-metodiki vəsaitlər, dərsliklərin monitorinqi, elektron informasiya ehtiyatlarının yaradılması, dövlət qulluqçularının reyestri xidməti, dövlət qulluğu sahəsində görülən işlər, dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə və müsahibələr barədə məlumat verilib.

      Tədbirin sonunda Mərkəz tərəfindən keçirilən imtahanlarda fərqlənmiş imtahan rəhbəri, nəzarətçi-müəllimlər mükafatlandırılıb və onlar “Fəxri fərmanla” təltif edilib.


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 1
      • 2
      • 3
      • 4
      • 5

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram