Hər iki vəzifə üzrə məlumat və tələblərlə aşağıda tanış ola bilərsiniz.
Aparıcı məsləhətçi vəzifəsi
Struktur bölmə: Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsi, Səriştə və davranışların qiymətləndirilməsi sektoru
Vakant vəzifənin adı: Aparıcı məsləhətçi
Qulluq funksiyaları:
- Situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlamaq, digər əməkdaşların hazırladıqları test tapşırıqlarının ekspertizasında iştirak etmək;
- Qiymətləndirmə mərkəzi metoduna daxil olan müxtəlif qiymətləndirmə alətləri (rol oyunları, qərarvermə testləri və s.) hazırlamaq;
- Funksional səriştələrin ölçülməsi üçün alətlər hazırlamaq;
- Səriştələri ölçən alətlərin hazırlanması ilə bağlı metodiki vəsait hazırlamaq;
- Ümumi səriştələrin ölçülməsi üzrə alətlərin hazırlanması üçün dövlət qulluqçuları ilə müsahibələr keçirmək, real iş situasiyalarından ibarət məlumat bazası yaratmaq, belə müsahibələrin təşkilati məsələləri ilə məşğul olmaq, müsahibə suallarını tərtib etmək;
- Ümumi səriştələr və digər mövzular üzrə dövlət qulluqçularına təlimlər keçmək, təlim materialları hazırlamaq;
- Müxtəlif qiymətləndirmə alətlərinin hazırlanması üzrə təşkilatdan kənar test müəllifləri ilə əməkdaşlıq etmək, yeni müəlliflərə təlimlər keçmək, onların hazırladıqları alətlərin ekspertizasında iştirak etmək;
- Ümumi səriştələrin qiymətləndirilməsi üzrə elektron imtahanların proqram təminatı üçün texniki tapşırıqlar hazırlamaq;
- Səriştə əsaslı müsahibələri keçirmək;
- İngilis dilindən mətnləri tərcümə etmək.
Təhsil tələbləri: sosial elmlərə aid ixtisaslar üzrə ali təhsil
İş təcrübəsi: 2 il
Xarici dil: ingilis dili - C1
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz "CV formasını" mövzu bölməsində “Aparıcı məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 11 avqust 2023-cü il tarixinədək göndərə bilərlər.
Məsləhətçi (sosial məzuniyyətdə olan işçinin yerinə) vəzifəsi
Struktur bölmə: Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsi, Səriştə və davranışların qiymətləndirilməsi sektoru
Vakant vəzifənin adı: Məsləhətçi (sosial məzuniyyətdə olan işçinin yerinə – müddətli)
Qulluq funksiyalar:
- Situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlamaq, digər əməkdaşların hazırladıqları test tapşırıqlarının ekspertizasında iştirak etmək;
- Qiymətləndirmə mərkəzi metoduna daxil olan müxtəlif qiymətləndirmə alətləri (rol oyunları, qərarvermə testləri, simulyasiya tapşırıqları və s.) hazırlamaq;
- Funksional səriştələrin ölçülməsi üçün alətlər hazırlamaq;
- Ümumi səriştələrin ölçülməsi üzrə alətlərin hazırlanması üçün dövlət qulluqçuları ilə müsahibələr keçirmək, real iş situasiyalarından ibarət məlumat bazası yaratmaq;
- Ümumi səriştələr və digər mövzular üzrə dövlət qulluqçularına təlimlər keçmək;
- Müxtəlif qiymətləndirmə alətlərinin hazırlanması üzrə təşkilatdan kənar test müəllifləri ilə əməkdaşlıq etmək, onların hazırladıqları alətlərin ekspertizasında iştirak etmək;
- Ümumi səriştələrin qiymətləndirilməsi üzrə elektron imtahanların proqram təminatı üçün texniki tapşırıqlar hazırlamaq;
- Səriştə əsaslı müsahibələri keçirmək;
- İngilis dilindən mətnləri tərcümə etmək.
Təhsil tələbləri: Sosial elmlərə aid ixtisaslar üzrə ali təhsil.
İş təcrübəsi: 2 il
Xarici dil: ingilis dili – B2
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz "CV formasını" mövzu bölməsində “Məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 27 avqust 2023-cü il tarixinədək göndərə bilərlər.