Hər iki vəzifə üzrə məlumat və tələblərlə aşağıda tanış ola bilərsiniz.
Məsləhətçi vəzifəsi
Struktur vahid: Psixoloji diaqnostika və qiymətləndirmə şöbəsi, Psixoloji iş və maarifləndirmə sektoru
Vəzifənin adı: məsləhətçi
Təhsil tələbləri: psixologiya ixtisası üzrə ali təhsil
İş təcrübəsi: tələb müəyyən edilmir
Qulluq funksiyaları:
-
psixoloji alətlərin hazırlanması və təkmilləşdirilməsində fəal iştirak;
-
e-psixoloq.az internet səhifəsinin inkişafı üçün təkliflərin irəli sürülməsi;
-
e-psixoloq.az internet səhifəsi və ona aid sosial şəbəkələrə materialların yerləşdirilməsi və müraciətlərin cavablandırılması;
-
elmi-psixoloji və maarifləndirici materialların hazırlanması;
-
təlim və seminar proqramlarının hazırlanması;
-
psixoloji konsultasiya, təlim, diaqnostika və seminarların keçirilməsi;
-
statistik təhlilin aparılması və nəticələrin psixoloji nöqteyi-nəzərdən izah edilməsi;
-
sektorun digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətində iştirak;
-
təşkilat daxili digər struktur bölmələrə müvafiq sahə üzrə dəstəyin göstərilməsi;
-
rəhbərliyin təşkil etdiyi tədbirlərdə iştirak;
-
müntəzəm hesabatların hazırlanması;
-
beynəlxalq və ölkədaxili tədbirlərdə və layihələrdə iştirak;
-
Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
-
rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Dil biliklərinə dair tələblər: Ingilis dili – B2; Rus dili – B2.
Kompüter biliklərinə dair tələblər: MS Office, Google Disc, Google Docs, Google Forms, SPSS və Jamovi proqramları (arzuolunandır), Scopus, E-library, Web of Science və s. elektron kitabxanalar
Xüsusi tələblər: analitik düşünmə, planlaşdırma bacarığı, yaradıcılıq, çeviklik, stresədözümlülük, kommunikativ bacarıqlar, komanda və fərdi şəkildə işləmə bacarığı.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz "Müraciət formasını" mövzu bölməsində “Psixoloji iş və maarifləndirmə sektorunda məsləhətçi” qeyd etməklə 30 sentyabr 2023-cü il tarixinədək hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Məsləhətçi (sosial məzuniyyətdə olan işçinin yerinə)
Struktur vahid: Psixoloji diaqnostika və qiymətləndirmə şöbəsi, Psixoloji iş və maarifləndirmə sektoru
Vəzifənin adı: məsləhətçi (sosial məzuniyyətdə olan işçinin yerinə – müddətli)
Təhsil tələbləri: psixologiya ixtisası üzrə ali təhsil
İş təcrübəsi: tələb müəyyən edilmir
Qulluq funksiyaları:
-
psixoloji alətlərin hazırlanması və təkmilləşdirilməsində fəal iştirak;
-
e-psixoloq.az internet səhifəsinin inkişafı üçün təkliflərin irəli sürülməsi;
-
e-psixoloq.az internet səhifəsi və ona aid sosial şəbəkələrə materialların yerləşdirilməsi və müraciətlərin cavablandırılması;
-
elmi-psixoloji və maarifləndirici materialların hazırlanması;
-
təlim və seminar proqramlarının hazırlanması;
-
psixoloji konsultasiya, təlim, diaqnostika və seminarların keçirilməsi;
-
statistik təhlilin aparılması və nəticələrin psixoloji nöqteyi-nəzərdən izah edilməsi;
-
sektorun digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətində iştirak;
-
təşkilatdaxili digər struktur bölmələrə müvafiq sahə üzrə dəstəyin göstərilməsi;
-
rəhbərliyin təşkil etdiyi tədbirlərdə iştirak;
-
müntəzəm hesabatların hazırlanması;
-
beynəlxalq və ölkədaxili tədbirlərdə və layihələrdə iştirak;
-
Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
-
rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Dil biliklərinə dair tələblər: Ingilis dili – B2; Rus dili – B2.
Kompüter biliklərinə dair tələblər: MS Office, Google Disc, Google Docs, Google Forms, SPSS proqramı, Scopus, E-library, Web of Science və s. elektron kitabxanalar
Xüsusi tələblər: analitik düşünmə, planlaşdırma bacarığı, yaradıcılıq, çeviklik, stresədözümlülük, kommunikativ bacarıqlar, komanda və fərdi şəkildə işləmə bacarığı.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz "Müraciət formasını" mövzu bölməsində “Psixoloji iş və maarifləndirmə sektorunda məsləhətçi- sosial məzuniyyətdə olan işçinin yerinə” qeyd etməklə 30 sentyabr 2023-cü il tarixədək hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.