Seminar məşğələlərdə ümumilikdə 224 nəfər olmaqla Şəki rayonu üzrə 57, Balakən rayonu üzrə 33, Zaqatala rayonu üzrə 39, Qax rayonu üzrə 17, Oğuz rayonu üzrə 18, Qəbələ rayonu üzrə 60 nəfərin iştirakı nəzərdə tutulmuşdur. Region üzrə 12 nəfər nəzarətçi-müəllim seminarlarda iştirak etmədiyi üçün nəzarətçi bazasından xaric edilmişdir.
Seminar‑məşğələlərdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelindən irəli gələrək istifadə olunacaq cavab vərəqlərinin doldurulma qaydası, eləcə də xarici dil fənni üzrə imtahanda dinləyib-anlama bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusundan istifadə qaydaları nəzarətçilərin nəzərinə çatdırılmışdır. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilmişdir.