24 sentyabr 2026-cı il tarixində 7 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatlarına uyğun olan 19 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Daxili müsahibə elan edilən vəzifələrin 2-si inzibati vəzifələrin ikinci təsnifatına, 13-ü inzibati vəzifələrin üçüncü təsnifatına, 4-ü inzibati vəzifələrin dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Azərbaycan Respublikası Media və Yayım Şurasının Aparat rəhbəri vəzifəsidir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 24 sentyabr 2026-cı il tarixindən 8 oktyabr 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.