30 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluğu keçmə ilə bağlı münasibətlərin hüquqi tənzimlənməsi: müqayisəli təhlil” mövzusunda təlim keçirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Hüquqi təminat sektorunun böyük məsləhətçisi Cavid Cəərçiyev tərəfindən iştirakçılara “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədi, dövlət orqanlarının kateqoriyaları, dövlət qulluğu vəzifələrinin təsnifatı və ixtisas dərəcələri ilə bağlı məlumatlar verilib. Həmçinin dövlət orqanlarının kateqoriyasına uyğun olaraq vakant inzibati vəzifələrin tutulmasının ümumi şərtləri, habelə həmin vəzifələr üzrə tələb olunan sertifikatlar (vəzifə qrupu və alt qrupu), vakant inzibati vəzifələrin tutulması üçün keçirilən müsabiqələrin növləri, “Dövlət qulluğu haqqında” Qanuna edilən cari dəyişikliklər və digər məsələlər barədə məlumat verib.
Təlimin sonunda dövlət qulluğu keçmə ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.