14 iyun 2023-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Müsahibələrin təşkili şöbəsinin müdiri Xədicə Əzimova, Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov və Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Rüfət Ağayevın iştirakı ilə dövlət qulluğu üzrə müsahibələrdə müstəqil ekspert qismində iştirak edən şəxslərlə onlayn görüş təşkil edilib.
Görüşdə 2023-ci ilin birinci yarısıda dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələr təhlil edilib, onlayn müsahibələrin üstünlükləri və yaranan çətinliklər, müsahibələrin keçirilmə prosesinin təkmilləşdirilməsi, o cümlədən namizədin potensialından istifadə imkanlarının aşkara çıxarılması və vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün meyarlar üzrə hərtərəfli qiymətləndirilməsi, onların səriştə və bacarıqlarının düzgün müəyyən edilməsi məqsədilə spesifik müsahibə suallarının hazırlanması ilə bağlı müzakirələr aparılıb.
Görüşdə iştirak edən ekspertlər müzakirə olunan məsələlərlə bağlı öz fikir və təkliflərini bildiriblər.