• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət qulluğunda ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərin nəzərinə!

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      12.06.2024 09:58

      Müsabiqənin müsahibə mərhələsindən, ümumi müsahibədən və daxili müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər müvafiq vəzifə üzrə müsahibələr yekunlaşdıqdan sonra beş iş günü müddətində Dövlət İmtahan Mərkəzi tərəfindən vakant vəzifəyə təyin edilmək üçün dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən on beş gün müddətində qəbul etdiyi qərar barədə Mərkəzə məlumat verir.

      Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə (namizədin müsahibədən uğurla keçdiyi vəzifənin tutulma şərtlərinə uyğun olan vəzifə) olduqda, namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji vakant vəzifə olduqda, Mərkəz tərəfindən həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə təqdim olunurlar. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır. Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdudlaşdırmır.

      Mərkəz tərəfindən vəzifəyə təyin edilmiş, habelə ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər barədə məlumatlar müvafiq informasiya sisteminə daxil edilməklə www.dim.gov.az internet portalında yerləşdirilir, habelə  namizədlərin elektron poçt ünvanlarına ehtiyat kadrlar siyahısına daxil edilmələri barədə bildiriş göndərilir.

      Dövlət qulluğunda ehtiyat kadrlarla işin səmərəliliyinin və effektivliyinin artırılması məqsədilə Mərkəz tərəfindən xüsusi proqram təminatı -“Dövlət qulluğu – Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi” yaradılıb. Sistem vasitəsilə ehtiyat kadrlar barədə məlumatların təyinat məsələsinə baxılması məqsədilə elektron qaydada dövlət orqanlarına təqdim edilməsi, ehtiyat kadrların anket məlumatlarının tamlığı, düzgünlüyü və mütəmadi yenilənməsi təmin edilir.

      Dövlət orqanları və Mərkəz tərəfindən Sistemdən istifadə üzrə məsul şəxslər müəyyən edilib. Məsul şəxslər ehtiyat kadrlarla işin qanunvericiliyin tələblərinə uyğun təşkilinə cavabdehlik daşıyırlar.

      Eyni zamanda, ehtiyat kadrlar istifadəçi adı (FİN kod) və şəxsi kabinetin parolunu müvafiq hissələrə daxil etməklə Sistemə giriş edə və anket məlumatları ilə tanış ola bilər, habelə düzəliş və əlavələrə ehtiyac olduğu təqdirdə Mərkəzin məsul şəxsinə elektron qaydada bildiriş göndərməklə anket məlumatların düzgünlüyünü təmin edə bilərlər. Şəxsi kabineti olmayan ehtiyat kadrlar bu linkə (https://ekabinet.dim.gov.az// ) daxil olmaqla şəxsi kabinet yarada bilərlər.

      Sistemdə “İstəklərim” adlı bölmə yaradılıb. Ehtiyat kadrlar həmin bölmədə işləmək arzusunda olduğu dövlət orqanı, vəzifə (adı və təsnifatı daha aşağı olan vəzifə), şəhər və rayon barədə məlumatları daxil etməli, onunla bağlı iş aparılmasını istəmədiyi halda isə müvafiq qeydlər aparmalıdırlar.

      Qeyd edək ki, anketin və “İstəklərim” bölməsindəki məlumatların tamlığı və aktuallığı ehtiyat kadrların analoji vakant vəzifələrə təyinatlarında mühüm rol oynayır. Ehtiyat kadrlar daxil etdikləri məlumatların düzgünlüyünə bilavasitə cavabdehlik daşıyırlar. Qeyd edilənləri nəzərə alaraq, ehtiyat kadrlardan müvafiq məlumatları doldurarkən diqqətli olmaları xahiş olunur.

      Sistemə Mərkəzin internet saytından  (Fəaliyyət→Dövlət qulluğu→Ehtiyat kadrlar→Elektron sorğu sistemi→Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi) (link: https://eservices.dim.gov.az/dqmelumat/ehtkadrn/sorgu.aspx) daxil olmaq mümkündür.

      Namizədlər Sistemdən istifadə ilə bağlı Mərkəzin məsul şəxsləri ilə (Tel.: (012) 310 53 16 (daxili 1751,1746) e-mail: dqqebul@dim.gov.az ) əlaqə saxlaya bilərlər


      Foto
      • 1
      • 1

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram